Metal konstruksiyalar böyük aşırımlı örtüklər ictimai və хüsusi təyinatlı binalarda, həmçinin istehsalat binalarında tətbiq olunur. İctimai binalara – sərgi pavilyonları, konsert və idman zalları, örtülü stadion və bazarlar, vağzallar və s. aid edilir. Хüsusi təyinatlı binalar – anbarlar, qaraclar, xüsusi parklar və s. aralıq sütunlarsız layihələndirilir, bu da maşınların yerləş-dirilməsi və köçürülməsi ilə əlaqədardır. Böyük aşırımları örtən sistemlər adətən bir aşırımlı layihələndirilir ki, bu da istismar 2 tələblərin-dən – aralıq dayaqların olmamasından irəli gəlir. Böyükaşırımlı qurğuların müхtəlif təyinatlılığı istismar şərtlərinin və binalara verilən memarlıq tələbatlarının fərqliliyini, bu da öz növbəsində konstruktiv həllərin müхtəlifliyini zəruri edir.